Ukrayna konsulu Rusiyada saxlanıldı

 Ukrayna konsulu Rusiyada saxlanıldı
  17 Aprel 2021    Oxunub:1947
Ukraynanın Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Aleksandr Sosonyuk saxlanılıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Qeyd olunub ki, ukraynalı diplomat Rusiya vətəndaşından məxfi məlumat alarkən ələ keçirilib. Diplomatla bağlı beynəlxalq hüquq normalarına uyğun tədbirlərin görüləcəyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ukrayna   Konsul  





Xəbər lenti