Özbəkistanda koronavirusun Afrika ştammı aşkarlandı

Özbəkistanda koronavirusun Afrika ştammı aşkarlandı
  17 Aprel 2021    Oxunub:2217
Özbəkistanın baş naziri Abdulla Aripov ölkədə koronavirus infeksiyasının Afrika ştammının müəyyən edildiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistanın COVID-19 ilə mübarizə qərargahı məlumat yayıb.

“Koronavirusun Afrika ştammı müəyyən edilib. İndi müvafiq qurumlar tərəfindən çox dərin bir analiz aparılır”, - Aripov deyib.

Eyni zamanda, baş nazir ölkədə karantin tələblərinə riayət olunmasına nəzarətin zəiflədiyindən narazılığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Afrikaştammı   Özbəkistan  





Xəbər lenti