“Ölən hərbçilərin adları hələ də gizli saxlanılır” - Erməni bloger

  17 Aprel 2021    Oxunub : 2940
“Ölən hərbçilərin adları hələ də gizli saxlanılır” -  Erməni bloger
Tanınmış erməni bloger Alen Gulyan İkinci Qarabağ müharibəsində öldürülmüş daha 193 hərbçinin adının açıqlanmasına tənqidi münasibət bildirib.
Azvision.az xəbər verir ki, o, hələ də ölən döyüşçülərin müəmmalı şəkildə adlarının gizlin saxlanmasından gileylənib:

"Siyahıda Xocavənddən tanıdığım könüllü döyüşçülərin də adı vardı ki, onların cəsədləri tanınan halda olmuşdu. Yəni heç bir DNT müayinəsi təyin edilməmişdi. Adları da itkin düşənlərin siyahılarına düşməmişdi. Həmin adamların bəziləri Xocavənd qəbiristanlığında, digərləri isə Yerablur hərbi panteonunda basdırılıb. Yeri gəlmişkən, bu yaxınlarda Arayik Arutyunyan bu siyahıda olanlardan birinin yaxınlarına medal da təqdim etdi. Siyahıda hətta qohumumun adını da oxudum. O, noyabrın 3-də ölmüşdü. Cəsəd tanınmışdı və DNT testinə ehtiyac olmadı. Onun cəsədi İrəvana gətirilərək Yerablurda basdırılıb. Müdafiə Nazirliyi, bu problemi nə vaxt həll edəcəksiniz? Nə üçün ölənlərin adlarını onlar basdırılandan 5-6 ay sonra yayımlayırsınız? Sizdə hələ neçə gizli saxlanılmış ad qalıb? Sonda bütün bunlara görə kimsə cavabdeh olacaq, ya yox?", - deyə erməni blogger üsyan edib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Bloger   Əsgər   Yerablur