Xaçatryan məhkəmədə iddia qaldırdı

Xaçatryan məhkəmədə iddia qaldırdı
  17 Aprel 2021    Oxunub:2458
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan yerinə təyinatla bağlı məhkəmədə iddia qaldırıb.
Azvision.az xəbər verir ki, bu barədə “datalex.am” məhkəmə-hüquqi portalı məlumat yayıb.

General-leytenant Xaçatryan general-mayor Arşak Karapetyanın Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edilməsi üçün qanuni əsasların olmadığını bildirib.

Daha əvvəl Xaçatryan Karapetyanın təyinatı ilə bağlı bildirib ki, o, bu keyfiyyətlərə sahib deyil.

Xatırladaq ki, Xaçatryan baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsində “İsgəndər” raket sisteminin partlamadığını, yaxud 10% partladığı barədə açıqlamasına verdiyi reaksiyadan sonra vəzifəsindən azad edilib.

Xaçatryan bununla bağlı suala gülərək baş nazirin açıqlamasını qeyri-ciddi adlandırıb.

"Əlbətdə ki, mümkün deyil. Necə?... İsgəndər? .. Bir atış? .. 10%? .. Bağışlayın, amma bu ciddi deyil", - cavabını verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TiranXaçatryan   Ermənistan  





Xəbər lenti