“Braziliya ştammı” hamilələr üçün təhlükə saçır

“Braziliya ştammı” hamilələr üçün təhlükə saçır
  17 Aprel 2021    Oxunub:2340
COVID-19-un Braziliyada aşkarlanan yeni ştammı hamilə qadınların xəstəliyi daha ağır keçirməsinə səbəb olur.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyinin sözçüsü Raphael Parante deyib. O, ailələrə hamiləlik planlarını bir qədər ertələmələrini tövsiyə edib.

Braziliya ştammı ölkədə yoluxanların və infeksiyadan ölənlərin sayında artıma səbəb olub. Elm adamları ölənlərin sayının 350 mindən çox olmasında yeni ştammın təsirini qeyd edirlər. Xüsusilə ölkədə virusa yoluxanların yaş göstəricisi cavanlaşır. Belə ki, mart ayında xəstəxanalara yerləşdirilən şəxslərin yaşının 40-dan aşağı olduğu bildirilir. Həmçinin Braziliya ştammı üçün antitellərin təsirli olmadığı deyilir.

Azvision.az



Teqlər: Koronavirus   Braziliya-ştammı  





Xəbər lenti