Erməni səfir ölkəsinə qayıtmaqdan imtina etdi

 Erməni səfir ölkəsinə qayıtmaqdan imtina etdi
  17 Aprel 2021    Oxunub:6255
Ermənistanın Argentinadakı səfiri İrəvana qayıtmaqdan imtina edib. O, ölkəsində yaşamaqdansa, hava limanında işləməyi üstün tutub.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələr yerli medianın yaydığı məlumatı təsdiqləyiblər.

"Mənbələrimizin verdiyi məlumata görə, Ermənistanın Argentinadakı səfiri Ester Mkrtumyan vəzifəsindən ayrılmamışdan əvvəl Argentinada başqa bir iş tapıb. O Ermənistana qayıtmayıb. İndi nə qədər qəribə səslənsə də, keçmiş diplomat hava limanında işləyir. Düzdür, bu, beynəlxalq münasibətlərdə Ermənistanın nüfuzuna xələl gətirən biabırçı hadisədir. Amma bir çox səfir istefadan sonra ölkədəki haqsızlıq və sosial problemlər səbəbindən qayıtmaqdan imtina edib", - deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Argentina   Səfir   Ermənistan  





Xəbər lenti