Əfqanıstanda partlayış nəticəsində polislər öldü

Əfqanıstanda partlayış nəticəsində polislər öldü
  17 Aprel 2021    Oxunub:2245
Əfqanıstanın Herat əyalətindəki nəzarət-buraxılış məntəqəsində bomba yüklü avtomobilin partlaması nəticəsində üç polis əməkdaşı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Əyalət valisi Sayed Vahid Katali bildirib ki, partlayışdan sonra “Taliban” yaraqlıları Zinda-Can bölgəsinə üç istiqamətdən hücum edib. Qarşıdurma bir neçə saat davam edib.

“Taliban” əyalətin digər bölgələrinə də hücumlar başladıb, əfqan təhlükəsizlik qüvvələri arasında itki olmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti