Rusiya Ukrayna konsulunu ölkədən çıxarır

 Rusiya Ukrayna konsulunu ölkədən çıxarır
  17 Aprel 2021    Oxunub:3003
Rusiya Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.

Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, bu gün müvəqqəti işlər vəkili Pokotilo konsulun saxlanılması ilə bağlı Rusiya XİN-ə çağırılıb.

"Rusiya tərəfi konsulluq əməkdaşının statusuna uyğun gəlməyən və ölkəmizin təhlükəsizlik maraqlarına zərər verən bu cür fəaliyyətin qəbuledilməzliyini diqqətə çatdırıb. Onun Rusiya ərazisində qalmasının arzuolunmaz olduğu açıqlanıb və 19 apreldən başlayaraq 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirilib”, - Rusiya XİN bəyan edib.

Qeyd edək ki, ölkənin Federal Təhlükəsizlik Xidməti bu gün Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanıldığı barədə məlumat yayıb. Diplomat bir neçə saatdan sonra sərbəst buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti