Lukaşenko prezidentlik dövrünün əsas qərarını açıqlayacaq

 Lukaşenko prezidentlik dövrünün əsas qərarını açıqlayacaq
  17 Aprel 2021    Oxunub:2797
Belarus lideri Aleksandr Lukaşenko yaxın günlərdə dörddə bir əsrlik prezidentliyi dövrünün əsas qərarlardan birini qəbul edəcəyini deyib.
Azvision.az bu barədə "Belta” agentliyinə istinadla xəbər verir.

O bildirib ki, qərar rəsmiləşdirmə mərhələsindədir və daha sonra onu açıqlayacaq.

"Bu, dörddəbir əsrlik prezidentliyim dövrünün əsas qərarlarından biri olacaq. Bu, çox ciddi qərar olacaq".

Dövlət başçısı hansı qərardan bəhs etdiyini açıqlamayıb, onun prezidentin fərmanı ilə rəsmiləşəcəyini əlavə edib.

"Müxalifət heç nəyə nail olmayacaq, xalq arasında deyildiyi kimi, yalnız mənim meyitimdən sonra. Yaxın günlərdə qərar açıqlanacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrLukaşenko  





Xəbər lenti