Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb

Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
  18 Aprel 2021    Oxunub:2347
Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz aksiyalarında ölənlərin sayı 730 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 3 mindən çox nümayişçi polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, bundan əvvəl Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində aksiyalar zamanı polis və ordu qüvvələri tərəfindən nümayişçilərə dəfələrlə atəş açılıb.

Fevralın 1-də Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb.

Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti