Kamala Harrisi ölümlə hədələyən qadın saxlanıldı

Kamala Harrisi ölümlə hədələyən qadın saxlanıldı
  18 Aprel 2021    Oxunub:2586
ABŞ-ın vitse-prezidenti Kamala Harrisi sui-qəsdlə təhdid edən Florida Ştatının sakini saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Söhbət Miamidə yaşayan 39 yaşlı afroamerikalı Nivian Felpsdən gedir. Səlahiyyətli orqanların məlumatına görə, o, fevral ayında həbs cəzası çəkən ərinə müvafiq təhdidləri əks etdirən video və fotoşəkilləri göndərib. Qadın orada ABŞ prezidenti Co Baydenə və vitse-prezident Kamala Harrisə qarşı nifrətini ifadə edib. Nəzarətə alınan qadını 5 ilə qədər həbs gözləyir.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti