Bayden generalların tövsiyəsinə məhəl qoymadı

 Bayden generalların tövsiyəsinə məhəl qoymadı
  18 Aprel 2021    Oxunub:3061
ABŞ Prezidenti Cozef Bayden amerikalı generalların Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.
Azvision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, yüksək hərbi komandanlıq ABŞ qoşunlarının geri çəkilməsinin ölkədəki təhlükəsizliyi poza biləcəyindən qorxur. Xüsusilə ABŞ Baş Qərargah rəisi general Mark Milley, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi, Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı general-leytenant Skott Miller qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır.

Mənbələrə görə, Bayden hərbçiləri dinləsə də, bunun əksinə qərar verib.

Qeyd edək ki, Cozef Bayden ABŞ qoşunlarının 1 may-11 sentyabr tarixlərində Əfqanıstandan çıxarılmasını təsdiqləyib. Oxşar qərar NATO ölkələri və Böyük Britaniya tərəfindən də verilib.

Azvision.az


Teqlər: ABŞ   Qoşun   Əfqanıstan  





Xəbər lenti