Məscidə silahlı hücum edildi, 8 nəfər öldü

Məscidə silahlı hücum edildi,  8 nəfər öldü
  18 Aprel 2021    Oxunub:2287
Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum nəticəsində 8 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News TV" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əyalət rəhbərinin sözlərinə görə, hadisə şənbə günü axşam saatlarında Cəlalabad şəhərində yerləşən məsciddə baş verib. Naməlum şəxslər məsciddə namaz qılan bir ailənin üzvlərinə atəş açıb.

"İlkin məlumata əsasən, Hacı Əbdül Vahabın beş oğlu və üç qardaşı oğlu şəxsi ədavət səbəbindən güllələnib",- deyə məlumatda qeyd olunub.

Cinayət torpaq sahəsi ilə bağlı yaranmış mübahisə zəminində baş verib. Polis hadisə barədə araşdırma aparır, atəş açan şəxslər hələ saxlanılmayıb.

Azvision.az


Teqlər: Əfqanıstan   atışma  





Xəbər lenti