İftara hazırlaşan qadını keçmiş əri bıçaqladı

İftara hazırlaşan qadını keçmiş əri bıçaqladı
  18 Aprel 2021    Oxunub:2475
Türkiyənin Kütahya şəhərində qadın keçmiş əri tərəfindən bıçaqlanıb.
Azvision.az "Huriyyet"ə istinadən xəbər verir ki, hadisə Ali Paşa məhəlləsində baş verib. Belə ki, qadın işlətdiyi kafedə iftara hazırlaşarkən keçmiş ərinin hücumuna məruz qalıb.

Adı açıqlanmayan kişi kafenin mətbəxindən götürdüyü bıçaqla qadının sinə nahiyəsinə zərbələr vurub. O, daha sonra hadisə yerindən qaçıb. Yaralı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Əraziyə cəlb olunan polis əməkdaşları cinayətkarı saxlayıblar. Faktla bağlı cinayət işi açılıb.

Azvision.az



Teqlər: Qadın   Cinayət   İftar  





Xəbər lenti