Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı dəqiqləşdi

Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı dəqiqləşdi
  18 Aprel 2021    Oxunub:2028
Suriya parlamenti ölkədə keçiriləcək prezident seçkilərini mayın 26-na təyin edib. Namizədlərin təqdimatı 19 aprel tarixində başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Əl-İhbariya telekanalı yayımlayıb.

Qeyd edilib ki, xaricdə yaşayan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də saat 07:00-dan başlayaraq diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatına 19 apreldə start veriləcək və proses 10 gün davam edəcək.

Azvision.az


Teqlər: Suriya   Seçki  





Xəbər lenti