NASA helikopterinin Marsda ilk uçuşu sabaha planlaşdırılıb

NASA helikopterinin Marsda ilk uçuşu sabaha planlaşdırılıb
  18 Aprel 2021    Oxunub:2197
NASA-nın aprelin 11-də həyata keçirməyi nəzərdə tutduğu “Ingenuity” helikopterinin Mars planetində ilk uçuşu bazar ertəsi gününə planlaşdırılır.
Helikopter-dronun uçuşu Bakı vaxtilə saat 11:30-da nəzərdə tutulub. Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq.

Qeyd edək ki, fevralın 18-də “Ingenuity” Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı helikopterə dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq.

Təxminən 20-30 saniyə davam edəcək uçuş zamanı helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxacaq. Sonrakı uçuşlar zamanı hündürlük beş metrə qədər artırılacaq.

“Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.

Azvision.az


Teqlər: NASA   Mars  





Xəbər lenti