Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artır

  18 Aprel 2021    Oxunub : 1699
Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artır
Türkiyədə son sutka ərzində 318 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 55 min 802 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 268 min 447, pandemiya qurbanlarının sayı isə 35 min 926 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 687 min 590 pasiyent (son sutkada 43 856 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya