Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir - FOTO

 Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir -  FOTO
  19 Aprel 2021    Oxunub:2711
Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.







Azvision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti