Koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü

 Koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
  19 Aprel 2021    Oxunub:2134
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 142 milyon 17 min 767 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 33 min nəfərdir. İndiyədək 120 milyon 554 min 767 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 809 004 nəfər koronavirusa yoluxub, 11 481 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 404 454 nəfər virusa yoluxub, 581 061 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 15 061 919 nəfərdə virus aşkar edilib. Xəstələrdən 178 793 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 943 071 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 373 442 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 289 526 yoluxma, 100 733 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 702 101 nəfər virusa yoluxub ki, onlardan 105 582-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti