Rusiya 60 min ermənini geri qaytarır

 Rusiya 60 min ermənini geri qaytarır
  19 Aprel 2021    Oxunub:2409
Rusiyaya iş dalınca gedən ermənilər kütləvi şəkildə geri qaytarılacaq.

Azvision.az xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparan erməni KİV-ləri qanunsuz miqrantların ölkəyə geri qaytarılmasının onsuz da bataqlıqda çabalayan Ermənistan iqtisadiyyatı üçün böyük çətinliklər yaradacağını yazıblar.
Politoloq Stepan Danielyan yaxın aylarda Rusiyadan təxminən 60 min Ermənistan vətəndaşının qayıdacağını bildirib:

"Bu proseslər ölkəmizdən mühacirət etməyi düşünənlərin planlarını dağıdır. Yəni onların gələcək perspektivləri olmayacaq. Seçkilər ərəfəsində inqilabi əhval-ruhiyə qalır. Yaxın gələcəkdə inqilab ab-havasında olan izdihama, alternativ yollarla siyasi dəyişikliyə nail olmağa hazır olanlara təxminən 40 min "gəlmə" insanı əlavə etsək, sosial partlayışların qaçılmaz olduğunu düşünərik".

Tural Tağıyev
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Miqrant  





Xəbər lenti