Ukraynada pandemiya qurbanlarının sayı 40 mini keçdi

Ukraynada pandemiya qurbanlarının sayı 40 mini keçdi
  19 Aprel 2021    Oxunub:1400
Ukraynada son sutka ərzində 6506 nəfər koronavirusa yoluxub, 214 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə səhiyyə naziri Maksim Stepanov bildirib. Onun sözlərinə görə, infeksiyaya yoluxanlar arasında 253 uşaq və 98 səhiyyə işçisi də var.

Ölkədə virusa yoluxanların ümumi sayı 1 953 016 nəfərə çatıb, 40 000 xəstə həyatını itirib, 1 487 677 nəfər müalicə olunaraq sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti