Tibb işçilərinə güzəştli ipoteka krediti verilsin! - TƏKLİF
"Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bu müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə 138.500 manat məbləğində mükafat verilib. Bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini və bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olması məqsədəuyğundur".
Deputat qeyd edib ki, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqqlarında artımların olacağı gözlənilir:
"Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq. O baxımdan təklif edirəm ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Həkim Ödəniş Pandemiya