Çexiyanın Rusiyadakı səfirliyində 5 diplomat qalacaq

  19 Aprel 2021    Oxunub : 1100
Çexiyanın Rusiyadakı səfirliyində 5 diplomat qalacaq
Çexiya səfirliyinin 20 əməkdaşının Rusiyadan çıxarılmasından sonra yalnız beş diplomat fəaliyyətə davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Çexiya Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Rudolf Yindrak bildirib.

“Orada (Çexiyanın Rusiyadakı səfirliyində - red.) yalnız beş diplomat qalacaq. Demək olar ki, bütün siyasi bölmə səfirliyi tərk edir”, - Çexiya rəsmisi deyib.

Qeyd edək ki, 17 aprel tarixində Çexiya Rusiyaya 18 rus diplomatının ölkədən çıxarılması barədə məlumat verib.Buna cavab olaraq, Moskva Çexiya səfirliyinin 20 işçisini “persona non qrata” elan edib və 19 aprel tarixində Rusiyanı tərk etmələri barədə bildiriş göndərib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Çexiya