Ermənistanın İsraildəki səfirinə ittiham elan olundu

  19 Aprel 2021    Oxunub : 1753
Ermənistanın İsraildəki səfirinə ittiham elan olundu
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Səfir keçmiş mədəniyyət və gənclərlə iş üzrə nazir tərəfindən sui-istifadə hallarında, habelə çirkli pulların yuyulmasında iştirakda ittiham olunur.

İstintaqa görə, İsraildəki səfir və eyni zamanda AOKS ("Xarici ölkələrdə erməni mədəni əlaqələr cəmiyyəti") ictimai təşkilatının rəhbəri keçmiş nazir, AOKS rəhbərinin müavini Asmik Poqosyanın İrəvanda Abovyan 3 ünvanında torpaq sahəsini ictimai təşkilatın mülkiyyəti kimi qanunsuz qeydiyyatına kömək edib. Həmin ərazidə tarixi-mədəni bina olub.

Daha sonra bina və ərazi nazirin gəlininə məxsus Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə 550 min dollara satılıb.

Toplanan dəlillərə əsasən Smbatyana vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail