Ermənistanı tərk edənlərin şok statistikası

Ermənistanı tərk edənlərin şok statistikası
  03 Mart 2014    Oxunub:1125
Son vaxtlar Etmənistanın rəsmi dairələri işsizlik və yoxsulluq ucbatından ölkəni kütləvi şəkildə tərk edənlərin qarşısını almaq üçün xüsusi dövlət proqramının həyata keçirilməsi barədə bəyənat verirlər.

Lakin faktlar Ermənistan rəhbərliyinin növbəti vədlərinin sabun köpüyündən başqa bir şey olmadığını sübut edir.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, jurnalist Qayane Mkrtçyan Fransada fəliyyət göstərən erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetində dərc etdirdiyi məqaləsində qeyd edib ki, ölkəni kütləvi sürətdə tərk edənlərlə bağlı dövlət statistika idarəsinin verdiyi məlumatlar həqiqətə uyğun deyil.

Statistik məlumata görə 2013-cü ildə 1452085 erməni ölkəyə daxil olub, 1494086 nəfər isə Ermənistanı tərk edib. Rəqəmləri müqayisə etsək, fərqin 42001 olduğunu aydınca görərik. Buradan belə nəticə çıxır ki, 2013-cü ildə 42001 erməni ölkəni birdəfəlik tərk edib. 2012-ci ildə isə Ermənistandan gedənlərin sayı 49660 nəfər təşkil edib.

Ermənistan-Gürcüstan sərhəddini keçən ermənilərin sayını hesabladıqda statistik məlumatın düzgün olmadığı üzə çıxır. 2012-ci ildə Baqrataşene sərhəd-keçid məntəqəsindən 21144 erməni ölkəni tərk etdiyi halda, 2013-cü ildə onların sayı 39726 nəfərə çatıb. Bavre sərhəd-keçid məntəqəsindən isə 2012-ci ildə 8288 erməni doğma vətənini tərk etmişdirsə, 2013-cü ildə bu rəqəm 13 min olub. Burada yalnız avtobusla iki keçid məntəqəsinindən ölkəni tərk edənlərin sayı diqqətə çatdırılıb. Hava yolları və digər vasitələrlə Ermənistandan baş götürüb gedənlər nəzərə alınmayıb.

Demoqrafiya üzrə mütəxəssislər bildirir ki, ölkəni kütləvi tərk etmə hallarının əsas səbəbi işsizlik, məmur özbaşınalığı, korrupsiya hallarının artması, iqtisadi şəraitin əlverişsiz olmasıdır. Ölkədə insanların sabaha inamı yoxdur, onlar uşaqlarının gələcəklərinin yaxşı olacağına inamlarını itiriblər.

Demoqraf Ruben Yeqenyan etiraf etmişdir ki, vətəndaşların əksəriyyəti ölkədəki əxlaqi və psixoloji vəziyyətidən narazıdırlar. Bu cür acınacaqlı vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmır və insanların olduqca ağır sosial vəziyyətdə yaşamaları dövlət rəsmlərini qətiyyən narahat etmir.

İnsanların əksəriyyəti ölkədə hökm sürən ədalətsizlikdən, özbaşnalıqdan narazı qaldıqları üçün Ermənistanı tərk etdiklərini acıq formada bildirirlər. Ermənistanın dövlət məmurları ölkədən köçənlərin sayını ictimaiyyətdən gizlətməyə çalışaraq, guya bu adamların mövüsümü işlərlə əlaqədar ölkəni müvəqqəti tərk etmələri barədə həqiqətdən təmamilə uzaq fikirlər söyləyirlər.
Ermənistanda sosial-iqtisadi problemlərin getdikcə ağırlaşması ölkəni tərk edənlərin sayının ildən ilə artmasına səbəb olur. Ermənistanın prezidenti Serj Sərkisyan ölkədən köçənlərin artması barədə həyəcan təbili çalan bəzi kütləvi informasiya vasitələrini bu məsələni şişirtməkdə ittiham etmişdir. Prezidentin mətbuatı ittiham etməsi faktının özü əslində Ermənistandan qaçanların sayının ildən ilə artmasından xəbər verir.
Bu yerdə müdrik xalqımızın bir atalar məsəli yada düşür: cidanı çuvalda gizlətmək olmaz.


Teqlər:





Xəbər lenti