Rusiyada daha 346 nəfər koronavirusdan öldü

Rusiyada daha 346 nəfər koronavirusdan öldü
  19 Aprel 2021    Oxunub:2371
Rusiyada son sutka ərzində koronavirusa 8589 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 710 690 nəfərə çatıb.

Rusiyada son bir gündə 346 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 105 928 nəfərdir. İndiyədək 4 333 598 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti