“Qarabağdakı abidələrin bərpasında iştiraka hazırıq” - Əli Purmərcan

  19 Aprel 2021    Oxunub : 2695
“Qarabağdakı abidələrin bərpasında iştiraka hazırıq” -  Əli Purmərcan
İran Azərbaycanın azad olmuş ərazilərində məhv edilmiş tarixi və dini abidələrin bərpasına kömək etməyə hazırdır.

Bunu Azvision.az -a müsahibəsində İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əli Purmərcan deyib.
Bakıya yeni gəldiyini söyləyən Purmərcan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hələ səfər etmədiyini bildirib.

“Səfirliyimizin diplomatları həmin rayonlara baş çəkib. Yaxın günlərdə mən də getməyi planlaşdırıram. Bilirəm ki, həmin ərazilərdəki tarixi abidələr, məscidlərin hamısı dağıdılıb. Bizim ölkələrimizin mədəniyyəti bir-birinə çox yaxındır. Ona görə də İranın Mədəniyyət Mirası Nazirliyinin mütəxəsisləri həmin ərazilərdə abidələrin bərpasına kömək edə bilərlər. İranda bu sahədə çox güclü mütəxəssislər var. Azad olunmuş ərazilərin bərpasında iştirak məsələsi iki ölkənin rəsmiləri arasında da müzakirə edilib”, - deyə iranlı diplomat vurğulayıb.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: ƏliPurmərcan