Çexiya səfirliyi Rusiya vətəndaşlarını işə götürə bilməyəcək

Çexiya səfirliyi Rusiya vətəndaşlarını işə götürə bilməyəcək
  19 Aprel 2021    Oxunub:2238
Çexiyanın Moskvadakı səfirliyi bundan sonra Rusiya vətəndaşlarını işə götürə bilməyəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Artıq ABŞ və Çexiyanın vətəndaşlarımızı səfirliklərində işə götürmək kimi bir imkanları yoxdur".

Onun sözlərinə görə, Praqanın 18 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı, onların ailə üzvləri də daxil olmaqla 62 nəfərə təsir edəcək.

"Bu, həqiqətən misli görünməmiş bir hekayədir. 18 Rusiya diplomatının ölkədən çıxarılacağını elan etdilər. Ancaq məsələ ondadır ki, Çexiyanı ailə üzvləri də nəzərə alınmaqla 18 yox, 62 nəfər tərk etməlidir, onların da 28-i uşaqdır".

Zaxarova Çexiya səlahiyyətlilərinin bu qərarı pandemiya kontekstində qəbul etməsinə də diqqət çəkib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Çexiya  





Xəbər lenti