Üç ayda 577 cinayət işi icraata qəbul edilib

Üç ayda 577 cinayət işi icraata qəbul edilib
  19 Aprel 2021    Oxunub:1847
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 577-dir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti