“Qaz xətlərinə qanunsuz qoşulmalarla rastlaşırıq” - Ruslan Əliyev

  19 Aprel 2021    Oxunub : 1644
“Qaz xətlərinə qanunsuz qoşulmalarla rastlaşırıq” -  Ruslan Əliyev
Demək olar ki, gündəlik qaz xətlərinə qeyri-qanuni qoşulma halları ilə rastlaşırıq. Tərəfimizdən qaz xətlərinə baxış keçirilir, qanunsuz qoşulmalar aşkarlanaraq ləğv olunur. Bir çox hallarda həmin yerdə təkrar qoşulma halları üzə çıxır.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bu sahədə hüquqi baxımdan daha ciddi tədbirlər görməyə imkanları məhdud olduğu üçün çıxış yolu belə halları tapmaq və aradan qaldırmaqdır.

“Növbəti belə fakt Abşeron rayonu, Mehdiabad qəsəbəsində aşkarlanıb. Hörmətli abonentlər, siz də bu cür durumdan xəbərdar olanda bizi məlumatlandırın, qoy ictimai qınaq yaransın. Əks halda qazdan normal şəkildə istifadə edən abonent də əziyyətə qatlaşmalı olur. Bu gün yaxşı vəziyyətdə qaz alır, sabah qanunsuz qoşulma onun da təminatını korlayır", - deyə R.Əliyev qeyd edib..

Azvision.az


Teqlər: Azəriqaz   Direktor   Ruslan-Əliyev