Əsədin seçkidə ilk rəqibi məlum oldu

Əsədin seçkidə ilk rəqibi məlum oldu
  19 Aprel 2021    Oxunub:2179
Suriyada 26 may tarixində keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən ilk namizədin adı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriya Xalq Şurasının (parlament) sədri Hammud Sabah bildirib.

Deputatlar qarşısında çıxış edən spiker bildirib ki, Suriya Ali Konstitusiya Məhkəməsinə 1956-cı ildə Hələbdə anadan olmuş vətəndaş Abdalla Sallum Abdalladan müraciət daxil olub. O, deputatlara namizədliyini dəstəkləmək üçün müraciət edib.

Namizədin seçki platforması barədə hər hansı məlumat verilməyib.

Bu gündən Suriyanın Ali Konstitusiya Məhkəməsi prezidentliyə namizədlərin sənəd qəbuluna başlayıb. Qeydiyyat 10 gün - 28 aprelə qədər davam edəcək.

Suriyada əvvəlki prezident seçkiləri 2014-cü ildə keçirilib. Səsvermədə Suriya vətəndaşlarının 73,5% -i iştirak edib. Ərəb Sosialist İntibah Partiyasının lideri Bəşər Əsəd seçicilərin 88,7 faizinin dəstəyini alaraq seçkilərdə qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti