Ramazan bayramı ilə əlaqədar iş günlərinə dəyişiklik edildi

  19 Aprel 2021    Oxunub : 2073
   Ramazan bayramı ilə əlaqədar iş günlərinə dəyişiklik edildi
Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Azvision.az

Teqlər: Ramazan   Bayram   NK