Slovakiyada Ermənistana qarşı etiraz aksiyası keçirilib
Eyni zamanda SAA-nın təşəbbüsü ilə https://www.hlavnydennik.sk xəbər portalında Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat dərc edilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar.
10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partladıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb edilib. Ermənistan hakimiyyətinin bu yolverilməz hərəkəti "bölgədəki sülh və sabitliyə təhdid" və "xoş məramın olmaması" kimi qiymətləndirilib.
Azvision.az
Teqlər: Diaspora