Gədəbəydə çörək sexində nöqsanlar aşkarlanıb

Gədəbəydə çörək sexində nöqsanlar aşkarlanıb
  19 Aprel 2021    Oxunub:1199
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Gədəbəy şəhəri, M. Ə. Rasulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs İmamverdiyev Füzuli İmran oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub. Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi və müvafiq geyimlə təmin olunmadığı müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.





Azvision.az



Teqlər:





Xəbər lenti