Paytaxtda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq
Bu gecə Nəsimi rayonu ərazisində Kövkəb Səfərəliyeva küçəsinin digər küçələrlə kəsişməsində iş davam etdirilib. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri aprel ayının 19-da gecə 00:00-dan etibarən səhər saatlarına qədər fasiləsiz şəkildə iş başında olublar. “28 May” küçəsində yol qazılaraq yeni polietilen qaz kəməri yeraltına salınmaqla qaz təchizatının vaxtında bərpası nəzərdə tutulurdu. Lakin qazıntı aparılarkən müxtəlif formada maneələr ortalığa çıxıb. Birliyin əməkdaşları armatur arakəsmələr aşkarlandığı üçün qazıntının yerini dəyişməyə məcbur qalıb. Təxirəsalınmaz tədbirlər görülməklə iş başa çatdırılıb və hazırda qeyd edilən ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Azvision.az
Teqlər: Qaz