Türkiyədə koronavirusdan ölüm sayı 36 mini keçdi

 Türkiyədə koronavirusdan ölüm sayı 36 mini keçdi
  20 Aprel 2021    Oxunub:3047
Türkiyədə son sutka ərzində 341 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 55 min 149 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 323 min 596, pandemiya qurbanlarının sayı isə 36 min 267 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 736 min 537 pasiyent (son sutkada 48 947 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti