Nazir yeni yaradılan işçi qrupundan yazdı

Nazir yeni yaradılan işçi qrupundan yazdı
  20 Aprel 2021    Oxunub:1718
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının “Ağıllı şəhər” ("Smart City") və “Ağıllı kənd” ("Smart Village") konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olundum.
Azvision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında yazıb.

"Əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Rəşad-Nəbiyev   Nazir  





Xəbər lenti