Ruslar erməniləri yenə Amaras və Xudavəngə apardı

  20 Aprel 2021    Oxunub : 2513
Ruslar erməniləri yenə Amaras və Xudavəngə apardı
Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina və partlayıcı vasitələrdən təmizləməyə davam edir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda rusiyalı minaaxtaranlar Qırmızı Bazar qəsəbəsinin ətrafında axtarış əməliyyatı aparır. Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin hərbçiləri təxminən beş hektar əkin sahəsinin tam təmizlənməsini həyata keçiriblər.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin minalardan təmizlənmə bölməsinin hərbi qulluqçuları 2012 hektar ərazini, 620 kilometr yolu hərbi sursatlardan təmizləyib, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış evi və bina yoxlanılıb, 25 580 partlayıcı maddə zərərsizləşdirilib.

Rus sülhməramlıları, həmçinin 50-dən çox ermənini Qarabağdakı Amaras və Xudavəng monastrlarına ziyarət zamanı müşayiət edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Xudavəng   Qarabağ