Merkelin yerinə namizəd müəyyənləşdi

  20 Aprel 2021    Oxunub : 1371
Merkelin yerinə namizəd müəyyənləşdi
Almaniyanın hakim “Xristian-Demokrat İttifaqı” kansler vəzifəsinə namizədliyini səs çoxluğu ilə dəstəkləyib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, partiyanın idarə heyəti 31 səslə Armin Laşetin namizədliyini təsdiq edib.

Xristian Sosial İttifaqının rəhbəri, Bavariyanın baş naziri Markus Söderə isə doqquz səs verilib.

Qeyd edək ki, hazırkı kansler Angela Merkelin vəzifədə olma müddəti bu il başa çatacaq. O, növbəti dəfə kansler vəzifəsinə namizədliyini irəli sürməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Merkel   Almaniya