Erməni deputat Avronestin iclasına sərxoş halda qatıldı

  20 Aprel 2021    Oxunub : 1711
 Erməni deputat Avronestin iclasına sərxoş halda qatıldı
Dünən Avronest Parlament Assambleyasının (PA) iki günlük 9-cu sessiyası öz işinə başlayıb.
Azvision.az xəbər verir ki, Ermənistan parlamentinin “Mənim addımım” hakim fraksiyasından olan deputatı Viktor Enqibaryan onlayn formatda keçirilən sessiyaya içkili vəziyyətdə qatılıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, kabinetində beynəlxalq tədbirə qatıldığını göstərən foto paylaşan deputatın alkoqollu içki qəbul etməsi tənqidlərə tuş gəlib.

“Deputat Viktor Enqibaryan hamını təəccübləndirməyi bacarıb. “Mənim addımım” fraksiyasının daha bir deputatının ağılsız davranışının şahidi olduq. Yayılan fotodan da aşkar görünür ki, Enqibaryan içdiyi konyakın bakalını belə gizlətməyi düşünməyib. Ermənistanı ayıq başla beynəlxalq aləmdə təmsil etməməyin sonu daha ağır diplomatik böhranla nəticələnəcək. Fraksiyanın bir deputatı Ermənistan parlamentinə əlində içki şüşəsi ilə gəlirsə, Enqibaryanın Avronestin sessiyasına sərxoş halda qatılması təəccüb doğurmamalıdır”,- deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Avronest