"Ümumi olaraq həyata baxışımız düzgün formalaşmalıdır. Bu, ailələrdən başlamalıdır. Bəzən gənclərimizdə həyat haqqında düzgün təsəvvür formalaşdırmırıq. Gənclər həyat haqqında təsəvvürləri ilə reallıq arasında uçurum görürlər. Reallıq onların gözləntisini doğrultmayanda depressiyaya düşürlər. Ailə haqqında təsəvvürləri düzgün olmur. Uşaqlıqdan bu fikirləri formalaşdırmaq lazımdır”.

İnsanların bir-birindən tez incindiyini qeyd edən din xadimi bildirib ki, bunun da səbəbi ailədə sevgi, məhəbbətin olmamasından irəli gəlir.
“Sevgi ilə böyüyən uşaq heç kimdən sevgi diləməz. Diqqətsizlik görən kimi depresiyaya düşməz, mənəvi iztirab çəkməz. Bəzən övladlarımıza az məhəbbət göstəririk, sayğı göstərmirik, tərbiyə zamanı şəxsiyyətini təhqir edirik. Bütün bunlar toplanır və sonda bu kimi addımlara gətirib çıxarır.
Dində buyurulur ki, 7 yaşa qədər uşaqları sərbəst buraxın. Növbəti 7 il onu ədəbə öyrəşdirin, yəni çətinliklərlə qarşılaşsın, istəklərinə qarşı getməyi bacarsın. Onlara müəyyən qaydalar qoyun və onu məhəbbətlə icra etməyə məcbur edin. Lakin bunu təhqirlə, zorakılıqla etməyin. Bütün bunlar insanın güclü şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Güclü insan intihara əl atmır. Güclü insan həyatı sınaq dövrü adlandırır. Dinimiz insanı əbədi varlıq kimi təqdim edir. İnsan sınaq mərhələsindən uğurla keçmək üçün mütləq çətinliklərə düşməlidir. Əvvəlcədən gənclərimizə aşılamalıyıq ki, həyat bizim istədiyimiz kimi cərəyan etməyəcək. Həyatın bizə mənfi surprizləri də olacaq, hadisələr istədiyimiz kimi getməyə bilər. Həyat bunlarla maraqlıdır. Bütün çətinliklərdən keçmək həyatı cəzibəli edir və sonu əbədiyyatdır. İnsan bu dünyadakı sınaqların nəticəsində zirvəyə qalxmalı və əbədi həyatındakı mövqeyini müəyyən etməlidir. Bu, insan həyatının fəlsəfəsidir”.
H.Şahin qeyd edib cəmiyyət də ətrafdakı insanlara qarşı diqqətli olmalıdır.
“Hədislərdə buyrulub ki, insanları malınızla qane etməsəniz də xoş əxlaqınız, gülərüzlə qane edə bilərsiniz. Bu da bir ehsandır, yaxşılıqdır. Ehsan təkcə maddiyyat demək deyil, mənəvi ehsan da bir təbəssüm, kiminsə dərdini öyrənməkdir. İntihar hallarına qarşı hər kəs, cəmiyyət olaraq diqqətli olmalıyıq”.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


