Ermənistanda koronavirusa yoluxma sayı 209 mini ötdü

  20 Aprel 2021    Oxunub : 1006
Ermənistanda koronavirusa yoluxma sayı 209 mini ötdü
Ermənistanda son sutka ərzində daha 667 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 209 485 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 24 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3919-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 982 nəfərdir. Aktiv xəstələrin sayı 14 896 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19