İsveçrə Ermənistanı yüksək riskli ölkələr siyahısına saldı

  20 Aprel 2021    Oxunub : 1346
İsveçrə Ermənistanı yüksək riskli ölkələr siyahısına saldı
İsveçrə Ermənistanı koronavirus infeksiyasının yayılma riski yüksək olan ölkələr siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, Ermənistanla yanaşı, Türkiyə, Xorvatiya və Litva da qeyd edilən siyahıya salınıb.

Həmin ölkələrdən İsveçrəyə gələnlər 10 gün ərzində karantinə alınmalıdırlar. İsveçrə bu siyahını iki həftədən bir yeniləyir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan