G7 ölkələri Rusiyanı qınadı - VİDEO

G7 ölkələri Rusiyanı qınadı - VİDEO
  03 Mart 2014    Oxunub:1026
“Biz Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və öz gələcəyini seçmək hüququnun dəstəklənməsi məsələsində həmrəyik”- G7 ölkələri Ukrayna ilə bağlı birgə bəyanatla çıxış ediblər
Dünyanın 7 böyük dövləti (G7) birgə bəyanatla çıxış edərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər və bu ilin iyununda Soçi şəhərində Rusiyanın iştirakı ilə keçirilməsi planlaşdırılan G8 toplantısına hazırlıq işlərini dayandırdıqlarını bəyan ediblər. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada liderləri, eləcə də Avropa Birliyi Şurasının və Avropa Komissiyasının rəhbərləri birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir:

“Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Avropa Birliyi Şurasının prezidenti və Avropa Komissiyasının prezidenti, Rusiya Federasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, BMT qarşısındakı öhdəliklərini və Ukrayna ilə 1997-ci ildə imzalanmış baza razılaşmasını pozmasını birlikdə qınayırıq. Biz Rusiyanı təhlükəsizlik və insan haqları kimi məsələlərlə bağlı Ukrayna ilə arasındakı istənilən cari problemi birbaşa danışıqlar və ya beynəlxalq müşahidə, yaxud BMT, ATƏT egidası altında vasitəçiliklə həll etməyə çağırırıq. Biz bu cəhdlərə dəstək verməyə hazırıq. Rusiyanın Ukraynadakı hərəkətləri G7 və G8-in əsaslandığı prinsip və dəyərlərin də pozulmasıdır. Bu səbəblə biz Soçidə keçirilməsi planlaşdırılan G8 sammitinə hazırlığı, məzmunlu diskussiyalar üçün müvafiq atmosfer formalaşana qədər müvəqqəti dayandırırıq. Biz Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və öz gələcəyini seçmək hüququnun dəstəklənməsi məsələsində həmrəyik. Biz Ukraynanın vahidliyinin, sabitliyinin, siyasi və iqtisadi inkişafının bərpası səylərini dəstəkləməyi öhdəmizə götürürük. Bu məqsədlə biz Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə işini və lazımi islahatların həyata keçirilməsi üzrə proqramı dəstəkləyəcəyik. Beynəlxalq Valyuta Fondunun dəstəyi Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarından, Avropa Birliyi və başqa mənbələrdən əlavə kömək ayrılması üçün həlledici əhəmiyyətə malik olacaq”.



AzVision


Teqlər:  





Xəbər lenti