BNA rəsmisi “Qurd”un təyinatına aydınlıq gətirdi

  20 Aprel 2021    Oxunub : 1282
 BNA rəsmisi “Qurd”un təyinatına aydınlıq gətirdi
Bakı Nəqliyyat Agentliyi “Qurd” ləqəbi ilə tanınan məşhur repçi Fərid Eminova vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Agentliyin mətbuat katibi Mais Ağayev Azvision.az -a açıqlamasında bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır.

Qurum rəsmisi bildirib ki, hər bir əməkdaş kimi Fərid Eminovla da işə qəbul zamanı müvafiq müsahibə aparılıb.

"Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb", - deyə M.Ağayev qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: BNA   Reper   Qurd