Sünik polisinin rəhbər heyəti dəyişdirildi

  20 Aprel 2021    Oxunub : 1342
 Sünik polisinin rəhbər heyəti dəyişdirildi
Ermənistan polisinin rəisi Vahe Kazaryan Sünik (Zəngəzur - red.) polisinin rəhbərliyində bir sıra dəyişikliklər edib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik polis şöbəsinin rəisi Alik Akopyan ehtiyata göndərilib, onun yerinə Aleksandr Mamikonyan təyin edilib.

Serqo Markosyan Gorusun polis rəisi vəzifəsindən azad edilib, yeni rəis Alen Karapetyan olub.

Zoriy Vardanyan isə Qafanın polis rəisi vəzifəsindən azad edilib, bu vəzifəyə Aram Davtyan təyinat alıb.

Sünik regional polis idarəsinin rəis müavini David Ovannisyan da vəzifəsindən azad edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Polis