Qaribaşvili koronavirusdan sağaldı

  20 Aprel 2021    Oxunub : 1270
Qaribaşvili koronavirusdan sağaldı
Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusdan sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.Hazırda Qaribaşvili öz işini əvvəlki qaydada davam etdirir.

Xatırladaq ki, aprelin 6-da baş nazirin virusa yoluxması təsdiqlənib. O, ev şəraitində özünü təcrid edərək müalicə alıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İrakliQaribaşvili