Çadda keçid hərbi şurası yaradıldı

  20 Aprel 2021    Oxunub : 1567
Çadda keçid hərbi şurası yaradıldı
Çad Prezident İdris Debinin vəfatından sonra ölkədə keçid hərbi şurası yaradılıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, şuraya onun oğlu general-leytenant Mahamat Debi rəhbərlik edir.

Hərbi qüvvələr tezliklə "keçid xartiyası"nı elan etməlidir. Prezidentin ölümü ilə əlaqədar Çadda iki həftəlik milli matəm elan edilib. Bütün ölkə ərazisində axşam saat 18.00-dan səhər 05.00-dək komendant saatı tətbiq olunur. Həmçinin, ölkənin quru və hava sərhədlərini bağlamağa qərar verilib.

Bundan əvvəl, Çad Prezidentinin ölkənin şimalında ordu ilə üsyançılar arasında baş vermiş toqquşmalarda ağır yaralandığı və aldığı xəsarətlərdən xəstəxanada öldüyü barədə məlumat verilib.

Debi 11 apreldə ölkədəki prezident seçkilərində qalib gəlmiş və səslərin 79 faizini toplayaraq altıncı müddətə yenidən dövlət başçısı seçilmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MahamatDebi