Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Rusiyaya gedir

  20 Aprel 2021    Oxunub : 1531
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Rusiyaya gedir
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, səfər aprelin sonunda baş tutacaq.

Armen Qriqoryan və onun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində ikitərəfli görüşlər keçirmək üçün Rusiyaya səfər edəcək.

Bundan əvvəl isə o, 26-28 apreldə KTMT ölkələrinin təhlükəsizlik şuraları katibləri komitəsinin iclasının keçiriləcəyi Düşənbədə olacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan