Çingiz Abdullayev: “Gülüş ən qorxunc silahdır”

 Çingiz Abdullayev:  “Gülüş ən qorxunc silahdır”
  20 Aprel 2021    Oxunub:6085
Xalq yazıçısı Çingiz Abdullayev yenidən efirə qayıdan “Mozalan” verilişi haqqında danışıb.
Azvision.az xəbər verir ki, yazıçı verilişin efirlərə qayıtmasını müsbət qiymətləndirib.

“Unudulmuş “Mozalan”ın yenidən efirə qayıtması və canlanacağı yaxşıdır. Gülüş ən qorxunc silahdır. Sağaltması çətindir, amma səni düşündürə bilər”,- deyə Çingiz Abdullayev bildirib.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdu. Qərarda “Mozalan” satirik kinojurnalı uzun fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayıb.Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. İlk buraxılışı 14 aprel 2021-ci ildə Azərbaycan Televiziyasında yayımlanıb. Hər şənbə saat 21:30-da efirə gedir.

Azvision.az


Teqlər: Mozalan   ÇingizAbdullayev  





Xəbər lenti